Bakıda iki qadını maşın vurdu

Bakıda iki qadını maşın vurdu

26 İyul 2013 11:45
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 25-də Bakıda ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib. Nərimanov rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Ə.Əliyev küçəsi ilə N.Hacıyev küçəsinin kəsişməsində Eyvazov Nadir Gümüş oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə 1979-cu il təvəllüdlü Zeynalov Ruslan Saday oğlunun sürdüyü "Wolksfagen Passat" markalı iki avtomobil toqquşub. Nəticədə "Passat" yoldan çıxıb və səkidə dayanmış qadını vurub. 45-50 yaşlı qadın ağır bədən xəsarətləri alıb və hadisə yerindəcə keçinib.

Daha bir ağır yol qəzası Suraxanı rayonunda baş verib. Beton yol kimi tanınan Zığ-aeroport avtobanında "VAZ 2106" markalı avtomobil yüksək sürətlə traktora çırpılıb. Nəticədə minik avtomobilinin sürücüsünü həyat yoldaşı olan 31 yaşlı qadın hadisə yerindəcə keçinib. Sürücü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

O.M.