
Siyəzəndə 12 yaşlı yeniyetməni maşın vurub
Siyəzən rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Oxumeni.az-ın Regional TV-yə istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Siyəzən şəhər sakini Azər Sədullayev avtomobil tərəfindən vurulub. Zərərçəkmiş dərhal Siyəzən Regional Müalicə Diaqnoztika Mərkəzinə çatdırılıb. Yaralıya baş beynin əzilməsi, qarnın küt travması, yuxarı və aşağı ətrafların əzilməsi diaqnozu qoyulub. Vəziyyəti ağır olan yaralı, ilkin tibbi müdaxilədən sonra paytaxtdakı tibb müəssisələrindən birinə göndərilib. Hazırda faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər