Ramazan ayının 17-ci gününün duası və təqvimi

Ramazan ayının 17-ci gününün duası və təqvimi

26 İyul 2013 09:58
Bəyəndim (0) Bəyənmədim (0)

"İlahi, mənə bu ayda saleh əməllərə doğru yol göstər".

Oxumeni.az müqəddəs Ramazan ayının 17-ci gününün təqvimi və duasını təqdim edir.

17 ramazan 1434 – 26 iyul 2013

İmsaq: 05:07
İftar: 21:18

İmsaq vaxtının son həddi sübh namazı vaxtından 20 dəqiqə əvvəldir.

17-ci günün duası:

Allahummə əhdini fihi lisalihil-ə-mal. Vəqzi li fihil-həvaicə vəl-amal. Ya mən la yəhtacu ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin.

Tərcüməsi:

İlahi, mənə bu ayda saleh əməllərə doğru yol göstər, ehtiyac və amallarımı yerinə yetir, ey etdukləri barədə izaha və suala ehtiyacı oolmayan, ey aləmlərin batinində olanları Bilən! Mühəmmədə (s) və onun pak ailəsinə salavat və rəhmət bəxş eylə!

Qeyd edək ki, Bakı üçün nəzərdə tutulan oruca başlama (imsaq) və orucu açmaq (iftar) vaxtları Qafqaz Müsəlmaları İdarəsinin rəsmi internet saytından götürülüb.

Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir.

O.M.