Cəlilabadda evdə qaz partladı: ana və qızı xəsarət alıb

Cəlilabadda evdə qaz partladı: ana və qızı xəsarət alıb

25 İyul 2013 13:54
Bəyəndim (0) Bəyənmədim (0)

Cəlilabadda yaşayış evində partlayış olub.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Cəlilabad rayonunun Cəfərxanlı kəndində qeydə alınıb. Kənd sakini Bəsirə Ağayeva evində məişətdə istifadə edilən qaz balonu ilə ehtiyatsız davrandığından ani partlayış baş verib. Nəticədə dağıntı olmayıb, yanıq xəsarəti alan ev sahibəsi və qızı Solmaz xəstəxanaya yerləşdiriliblər.Faktla bağlı araşdırma aparılır.

O.M.