
Yük maşını partladı: sürücü yanaraq öldü
Hadisə dünən Biləsuvar rayonu ərazisində qeydə alınıb
Azərbaycanda yük maşınında partlayış olub.
Biləsuvar rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə dünən Biləsuvar rayonu ərazisində qeydə alınıb. Rayon sakini Qafar Nağıyev Babək rayon sakini İsmayıl Bədəlova məxsus "KamAZ" markalı yük maşınının yanacaq çənində qaynaq işləri apararkən çən partlayıb. Nəticədə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən Q. Nağıyev aldığı xəsarətdən orada ölüb.Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər