
"Qız qalası" satışa çıxarılıb
Türkiyənin ən böyük şəhəri olan İstanbulun rəmzi olan Qız Qalası satışa çıxarılır. Oxumeni.az-ın "Milliyət"ə istinadla verdiyi məlumata görə, 2 min 500 illik abidəni 49 illiyinə icarəyə götürən "Hamoğlu Holding" geriya qalan 38 illik istifadə haqqını satır.
Bir müddətdir alıcılarla görüşən, holdinq rəhbəri Ahmet Hamoğlunun xüsusilə əcnəbi sərmayəçilərə üstünlük verildiyi qeyd edilir. İddialara görə, o qala üçün 22 milyon avro ödəniş istəyir. İlk ciddi təklif isə fars körfəzi ölkələrindən birindən gəlib.
Lakin ərəb şirkəti Qız Qalasını şirkətin mərkəzi ofisi etmək istədiyi üçün görüşmələr sona çatdırılıb. Çünki, qalanı xalqın istifadəsinə qapadan layihələrə icazə verilmir.
O.M.
Digər xəbərlər