"The New York Times": Bakı Ermənistanın paytaxtıdır

"The New York Times": Bakı Ermənistanın paytaxtıdır

25 İyul 2013 11:12
Bəyəndim (0) Bəyənmədim (0)
XİN: "Səfirlik bu yanlışlığın aradan qaldırılması üçün qəzetin rəhbərliyinə müraciət edəcək"

"The New York Times" qəzetinin rəsmi saytında iki Bakı şəhəri göstərilib. Amerikanın "The New York Times" qəzetinin saytında hava haqqında bölmədə Azərbaycanın paytaxtı Bakı hansı səbəbdənsə Ermənistanın paytaxtı kimi göstərilib. Saytda iki Bakı şəhəri var. Məlumatın birində küləklər şəhəri Ermənistanın, digərində isə Azərbaycanın paytaxtıdır. Bu nədir? Səhv, yoxsa bilərəkdən törədilən təxribat? İkinci daha çox ehtimal olunandır.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev "The New York Times" qəzetində Bakı ilə bağlı yanlışlıqdan danışıb. Lent.az-a açıqlamasında bildirib ki, "The New York Times" qəzetində Bakının həm Azərbaycanın, həm də Ermənistanın paytaxtı kimi göstərilməsi böyük ehtimalla texniki səhvlə bağlıdır. Elman Abdullayev deyib ki, bununla bağlı Xarici İşlər Nazirliyi bu gün Azərbaycanın ABŞ-dakı səfirliyinə müvafiq təlimat verəcək və səfirlik bu yanlışlığın aradan qaldırılması üçün qəzetin rəhbərliyinə müraciət edəcək.

O.M.