
Bakı-Sumqayıt yolu qırmızıya boyandı
Bu gün səhər saatlarında Bakı-Sumqayıt magistralında yol-nəqliyyat hadisəsi baş verib. Magistralın Saray qəsəbəsi yaxınlığından keçən ərazisində, Saray Dövlət Yol Polisi postunun yaxınlığında Rusiya dövlət nömrə nişanlı "Chery Tiggo" markalı avtomobil Azərbaycan dövlət nömrə nişanlı "Qazel" markalı avtomobillə toqquşub.Hadisə nəticəsində "Qazel"in daşıdığı pomidor yola dağılıb. Bu səbəbdən yol qırmızı rəngə boyanıb."Chery Tiggo" markalı avtomobilin isə mühərrik hissəsi deformasiyaya uğrayıb. Həmin avtomobilin sərnişinlərindən biri yüngül dərəcəli xəsarət alıb.
O.M.
Digər xəbərlər