
20 yaşlı oğlan özünü asdı
Bakıda intihar hadisəsi baş verib.
Alınmış məlumatlara görə, hadisə Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi ev 9-un 70 nömrəli mənzilində baş verib. 20 yaşlı Abdullayev Cəmil Cəlil oğlu mənzildə özünü elektrik naqilindən asıb. Səbail rayon 8-ci polis şöbəsindən verilən məlumata görə, Abdullayev sağlığında sakit adam olub. Lakin onunm yaxınları, doğmaları və tanışlarını daha çox başqa şey təəccübləndirib.
Abdullayev namaz qılıb və mömin müsəlman olub. Müsəlman isə heç vaxt intihar etməz, çünki bilir ki, İslamda intihar ən ağır günah sayılır – belə ki, intihar edən insan ikiqat günah qazanır – həm qətl törədir, həm də Allahdan ümidi kəsir ki, bunlar da bağışlanmır. Bildirilir ki, Abdullayev ölümündən əvvəl yazdığı məktubda heç kimi günahlandırmamağı xahiş edib. O, həyatdan özünün getdiyini və hər kəsin onu bağışlamasını xahiş edib. Faktla bağlı araşdırma aparılır.
O.M.