Rusiyada miqrantlardan sağlıq sığortası tələb ediləcək

Rusiyada miqrantlardan sağlıq sığortası tələb ediləcək

25 İyul 2013 09:59
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada miqrantlardan sağlıq sığortası tələb ediləcək. Rusiyada miqrantlara qarşı yeni təkliflərin ardı arası kəsilmir. Rusiya Komunist Partiyasının ölkəyə işləmək məqsədiylə gələn miqrantlara məcburi iş vizası tetbiq edilməsi teklifinin ardından indi də Əmək Nazirliyi miqrantlardan məcburi sağlıq sığortası tələb edilməsini istəyir. Yeni qanun təklifinə görə, sağlıq sığortası bədəlinin ya miqrantların özü tərəfindən və ya işlədiyi şirkət tərəfindən ödənilməsi nəzərdə tutulur. Ekspertlər isə bu qanun təklifinin qəbul edilmesi halında sağlıq sığortası bədəlinin şirkətlər tərəfindən miqrant maaşlarından kəsiləcəyini düşünürler. Qeyd edək bu qanun teklifini Müstəqil Həmkarlar İttifaqı, Regional İnkişaf Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi ve Federal Miqratsiya Xidməti də dəstəkləyir.

O.M.