İmrana görə klinikanın saytı dağıdıldı

İmrana görə klinikanın saytı dağıdıldı

24 İyul 2013 13:15
Bəyəndim (0) Bəyənmədim (0)

Nabranda ayağını itirən 2 yaşlı İmran Cəfərzadəyə dəstək olmaq üçün hakerlər Mərkəzi Klinik Xəstəxananın internet ünvanını dağıdıblar.

Oxumeni.az xəbər verir ki, hakerlər merkeziklinika.az saytını dağıdaraq aşağıdakı sözləri yazıblar:"Buradan Mərkəzi Klinikanın böyüklərinə səslənirik. Sizdə insaf varmı? Bu balaca canını sizə əmanət edib. Ondan hər günə 800 AZN alırsınızsa, hansı insanlıqdan danışırsınız? Bir xəstədən pul almamaqla siz kasıblamayacaqsınız".

Qeyd edək ki, "Nabran Holiday Village"də baş verən dəhşətli hadisə zamanı hovuzun nasosu 2 yaşlı İmran Cəfərzadənin ayaqlarını sovurmuşdu.

O.M.