
VİDEO: Bir atanın çıxılmaz vəziyyəti...
21 iyul 2013-cü ildə Nabran Holiday Village akvaparkında baş vermiş dəhşətli hadisə cəmiyyətdə böyük rezonans doğurub.Həmin faciədə hovuzun nasos sisteminin qəfil işə düşməsi nəticəsində 2 yaşlı İmran Cəfərzadə hər iki ayağını itirb.
Oxumeni.az APA TV-yə istinadən xəbər verir ki, hazırda İmranın sol ayağının remplantasiyası üzrə əməliyyat keçirilib. Çətin əməliyyat təxminən 7 saat davam etsə də, həkimlər uşağın ayağının bitişəcəyinə zəmanət vermirlər. Uşağın atasının sözlərinə görə, İmran sağ ayağını birdəfəlik itirib və sol ayağının bitişib-bitişməyəcəyi hələ məlum deyil. Almaniyadan olan mütəxəssislər uşağın ayağını xilas edəcəklərinə söz veriblər. Əməliyyat üçün 50 min avro pul tələb olunur. Ailənin isə bu qədər vəsaiti yoxdur.
O.M.