I ixtisas qrupu üzrə ən yüksək nəticə 695 bal olub

I ixtisas qrupu üzrə ən yüksək nəticə 695 bal olub

24 İyul 2013 11:04
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycanda I ixtisas qrupu üzrə qəbul imtahanlarında 367 nəfər 600-dən yuxarı bal toplayıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən abituriyentlərin göstərdikləri nəticələrin statistikasını açıqlayıb.

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə açıqlamasında deyib ki, 2013-2014-cü tədris ili üçün ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanının nəticələrinə əsasən (xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla), müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin 367 nəfəri 600-dən yuxarı bal toplayıb. Bundan əlavə, 1179 nəfər 500-dən yuxarı, 2542 nəfər 400-dən yuxarı, 4900 nəfər 300-dən yuxarı nəticə göstərib.

Qeyd edək ki, I ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 36883 abituriyentdən 1324 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 35519 abituriyentlərdən 40 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. Ən yüksək nəticə isə 695 bal olub.

O.M.