Mövqelərimiz gecəboyu atəşə tutulub

Mövqelərimiz gecəboyu atəşə tutulub

24 İyul 2013 10:08
Bəyəndim (0) Bəyənmədim (0)

Erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Mərzili, Şıxlar, Goranboy rayonunun Gülüstan, Füzuli rayonunun Qorqan və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

O.M.