Təhsil Nazirliyi: "Şagirdlərdən pul tələb olunması qəti qadağandır"

Təhsil Nazirliyi: "Şagirdlərdən pul tələb olunması qəti qadağandır"

24 İyul 2013 09:41
Bəyəndim (0) Bəyənmədim (0)

"Ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi daim gündəmdə olan məsələdir".Məlumata görə, Təhsil Nazirliyinin Facebook səhifəsində vətəndaşların suallarına cavab olaraq bildirib ki, yeni dərs ilində yerlərdə təhsilin keyfiyyətinin monitorinqini aparıb təhlil etmək və konstruktiv təkliflər hazırlamaq nəzərdə tutulur. Yeni dərs ilində müvafiq tədbirlər həyata keçiriləcək.

Təhsil Nazirliyindən verilən cavabda həmçinin qeyd olunur ki, məktəblərdə hər hansı bir məqsəd üçün müəllim və şagirdlərdən pul tələb olunması qəti qadağandır və yolverilməzdir. Bu məsələ ilə bağlı konkret faktlar varsa, Təhsil Nazirliyinin [email protected][email protected] elektron poçt ünvanlarına müraciət etməyiniz xahiş olunur.

O.M.