VİDEO: Britaniyanın yeni kralı ictimaiyyətə göstərildi

VİDEO: Britaniyanın yeni kralı ictimaiyyətə göstərildi

24 İyul 2013 09:37
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniya şahzadəsi, Kembric hersogu Uilyam və hersoginyası Keyt Midlton yeni dünyaya gəlmiş oğlunu ictimaiyyətə təqdim edib.

Xəbərə görə, müqəddəs Mariya xəstəxanasını tərk etməzdən əvvəl Uilyam və Keyt doğum evinin qarşısına toplaşan insanları və mətbuat nümayəndələrini salamlayaraq körpəni ictimaiyyətə təqdim edib. Qeyd edək ki, dünyaya gəlmiş körpə babası Uelsin şahzadəsi Çarlzdan və atası Uilyamdan sonra Britaniya taxt-tacının üçüncü varisidir. Onun adı hələlik açıqlanmır. Uilyam və Keytin ilk övladına Kembric şahzadəsi titulu veriləcək.Yeni şahzadənin dünyaya gəlməsi xəbərini britaniyalılar böyük sevinc və coşqunluqla qarşılayıblar. Yüzlərlə insan Kensinqton sarayının ətrafına toplaşaraq bu əlamətdar hadisəni qeyd edib.

O.M.