Hacı Əbdül Ramazan ayından sonra Araz Əlizadədən qisas alacağını dedi

Hacı Əbdül Ramazan ayından sonra Araz Əlizadədən qisas alacağını dedi

23 İyul 2013 18:54
Bəyəndim (0) Bəyənmədim (0)

"Vətən Naminə Xalq Birliyi" (VNXB) və "Tövbə" ictimai təşkilatlarının rəhbəri hacı Əbdül Əbdüləliyev SDP-nin həmsədri Araz Əlizadədən qisas alacağını bəyan edib. O, yerli KİV-lərə müsahibələrində bildirib ki, Araz Əlizadəni doğduğuna peşman edəcək. "Ramazan ayının bitməsini gözləyirəm, sonra onunla məşğul olacağam. Ona qarşı çoxlu kompromatım var, hamısını ictimailəşdirəcəyəm. Qardaşı Zərdüş Əlizadəyə hörmətimə görə ona toxunmuram" deyən hacı Əbdül dolayısı ilə siyasətə qayıdacağının mesajını verib.

Xatırladaq ki, Araz Əlizadə verdiyi müsahibələrin birində hacı Əbdülü qabiliyyətsiz adam adlandırıb. O, Ə.Əbdüləliyevin mövqeyini Key Kavuzun istehzalı misraları ilə cavablandıraraq deyib: "Səfehlərin ən yaxşı cavabı sükutdur".

O.M.