"Hər hansı məqsədlə pul yığmaq qadağandır!"

"Hər hansı məqsədlə pul yığmaq qadağandır!"

23 İyul 2013 17:47
Bəyəndim (0) Bəyənmədim (0)

Təhsil Nazirliyinin Facebook səhifəsində vətəndaşların sualları cavablandırılıb. Bildirilib ki, yeni dərs ilində təhsilin keyfiyyətinin monitorinqini aparıb təhlil etmək və konstruktiv təkliflər hazırlamaq nəzərdə tutulur. Yeni dərs ilində müvafiq tədbirlər həyata keçiriləcək. Həmçinin qeyd olunur ki, məktəblərdə hər hansı bir məqsəd üçün müəllim və şagirdlərdən pul tələb olunması qəti qadağandır və yolverilməzdir. Bu məsələ ilə bağlı konkret faktlar varsa, Təhsil Nazirliyinin [email protected][email protected] elektron poçt ünvanlarına müraciət etməyiniz xahiş olunur.

O.M.