
Sabunçuda maşın aşdı: ölən və yaralanan var
İyulun 22-də saat 22.00 radələrində Sabunçu rayonu ərazisində Qazax rayon sakini Aslan Nəsibovun idarə etdiyi "Mitsubishi" markalı avtomaşın aşıb. Daxili İşlər nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nəticədə A.Nəsibov hadisə yerində ölüb, xəsarət almış sərnişin Bakı şəhər sakini Fəxri Əliyev isə xəstəxanaya yerləşdirilib.Hadisə ilə bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
O.M.
Digər xəbərlər