
Gəncədə başına daş düşən fəhlə xəstəxanada dünyasını dəyişib
Azərbaycanda tikintidə ölüm hadisəsi baş verib.
Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə iyulun 22-də Gəncə şəhəri, Yevlax avtovağzalının yaxınlığında qeydə alınıb. Yeni tikilən yaşayış binasında fəhlə işləyən Yevlax rayon sakini Salman Əzizovun başına mişar daşının qırığı düşüb. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş S. Əzizov orada ölüb.Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər