İngilislərin yeni qayğısı - varisin adı nə olacaq?

İngilislərin yeni qayğısı - varisin adı nə olacaq?

23 İyul 2013 13:14
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərə kraliçası II Yelizavetanın nəticəsi, şahzadə Uilyam və Keyt Mideltonun ilk körpəsi doğuldu. Aylardır uşağın cinsini səbirsizliklə gözləyən ingilislər indi də körpəyə nə ad veriləcəyini düşünməyə başlayıb.
Keyt Midelton doğuş üçün xəstəxanaya gedəndən və körpənin oğlan olduğu elan ediləndən sonra uşağın adı ilə bağlı 50 min mərc edilib. Ən çox ehtimal edilən adlar isə Corc (5/1), Ceyms (10/1), Henri (14/1), Artur (20/1), Luisdir (25/1).
Şahzadə Çarlz və mərhum Dianan ilk oğulları Uilyamın adını doğuşdan bir həftə sonra elan etmişdilər. Uilyam və Keytin körpələrinin adının nə zaman açıqlanacağı isə hələlik sirr olaraq qalır.

O.M.