İyulun 25-dən temperatur 3-5 dərəcə aşağı enəcək

İyulun 25-dən temperatur 3-5 dərəcə aşağı enəcək

23 İyul 2013 12:49
Bəyəndim (0) Bəyənmədim (0)
Hava proqnozu

Yaxın 3 gün ərzində ölkə ərazisində küləkli hava şəraiti hökm sürəcək, iyulun 25-də temperatur 3-5 dərəcə aşağı enəcək. Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında güclü küləki hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu iyulun 24-də 30-35, iyulun 25-26-da 28-33 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında da arabir güclənən qərb küləyi əsəcək. Əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacaqı gözlənilir. Havanın temperaturu iyulun 24-də Aran rayonlarında 33-38, bəzi yerlərdə 40 dərəcə, dağlarda 24-29 dərəcə isti olacaq. İyulun 25-26-da isə temperatur gündüz 30-35, dağlarda 20-25 dərəcə isti təşkil edəcək.