“Taksim hadisələri”ni işıqlandıran 59 jurnalist işdən qovulub

“Taksim hadisələri”ni işıqlandıran 59 jurnalist işdən qovulub

23 İyul 2013 12:48
Bəyəndim (0) Bəyənmədim (0)
Həmkarların fikrincə Türkiyədə siyasi senzura var

Türkiyədə bir müddət əvvəl vüsət alan "Taksim hadisələri" bir qədər səngisə də, bu məsələ ətrafında ajiotaj bitmək bilmir. Газета.Ru-nun Bianet-ə istinadən yaydığı məlumata görə, 59 yerli jurnalist məlum hadisələri bu və ya digər şəkildə işıqlandırdığı üçün işdən azad edilib. Təbii ki, söhbət dövlətə qarşı etiraz edənlər barədə hazırlanmış məlumatların müəlliflərindən gedir. Türkiyə jurnalistlərinin həmkarlar birliklərinin fikrincə, bu tip işdən qovulmalar müxtəlif bəhanələr altında həyata keçirilsə də, səbəb eynidir – siyasi senzura. Məlumatda o da bildirilir ki, bəzi jurnalistlər sosial şəbəkələrdəki kəskin statuslarına və tvitlərinə görə işdən azad ediliblər.

O.M.