Naxçıvanda polislər 50 yaşlı qadını zorlamaq istəyiblər

Naxçıvanda polislər 50 yaşlı qadını zorlamaq istəyiblər

23 İyul 2013 11:43
Bəyəndim (0) Bəyənmədim (0)
DİN: Bu, təxribatdır.

Azərbaycanın Naxçıvan Muxtar Respublikasında (NMR) insanlığa sığmayan hərəkət baş verib. Oxumeni.az haqqim.az-a istinadən xəbər verir ki, adının çəkilməsini istəməyən kənd sakininin bildirdiyinə görə, Şərur rayonunun kəndlərindən birində yerli sahə müvəkkili və polis serjantı zorakılıq hərəkətləri ediblər. Onlar 50 yaşlı qadını zorlamaq istəyiblər, lakin qadının oğlu vaxtında evə gəldiyi üçün bunu edə bilməyiblər. Analoji hadisə digər kənddə də baş verib. Bu dəfə onlar kənd müəllimlərindən birinin qızına sataşıblar. Lakin bu hərəkətlər onlara baha başa gəlib. Köməyə çatan qonşular polisləri qovublar. Məlumata görə, bunu Naxçıvan DİN-nin nazir müavini Səbuhi Novruzov da öyrənib, lakin kənd sakinlərinə qarşı heç bir tədbir görməyib. Bununla belə, polislərin hərəkəti barədə artıq hər kəs məlumatlıdır. Azərbaycan DİN-nin mətbuat xidmətinin rəisi Orxan Mansurzadə isə bildirib ki, son günlər Naxçıvan polisi haqqında tez-tez təxribat xarakterli məlumatlar yayılır. "Bu, kiminsə əhali arasında qarışıqlıq salmaqla, Naxçıvanda ictimai asayişi pozmaqda maraqlı olmasından xəbər verir" – deyə, Orxan Mansurzadə vurğulayıb.

O.M.