Təhsil Nazirliyindən xəbərdarlıq: "Nazirlik xaricdə təhsil sahəsində heç bir şirkətlə əməkdaşlıq etmir"

Təhsil Nazirliyindən xəbərdarlıq: "Nazirlik xaricdə təhsil sahəsində heç bir şirkətlə əməkdaşlıq etmir"

23 İyul 2013 11:40
Bəyəndim (0) Bəyənmədim (0)

Təhsil Nazirliyi xarici ölkələrin ali təhsil müəssisələrinə qəbulu sahəsində çalışan şirkətlərlə bağlı əhaliyə xəbərdarlıq edib.

Təhsil Nazirliyindən verilən məlumata görə, Azərbaycanda tələbələrin xarici ölkələrin ali təhsil müəssisələrinə qəbulu sahəsində çalışan şirkətlərin sayı artır və bu şirkətlərin fəaliyyəti ilə bağlı vətəndaşlardan nazirliyə şikayətlər daxil olmaqdadır.

"Bununla əlaqədar vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusilə də "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrası ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. Xarici ölkələrdə ali təhsil almaq niyyətində olan şagird və tələbələrimizə və onların valideynlərinə tövsiyə olunur ki, özləri birbaşa olaraq xarici ali təhsil müəssisələrindən qəbul proseduralarını sorğu edərək aidiyyəti üzrə müraciət etsinlər. Hər hansı yerli şirkətlə əməkdaşlıq nəticəsində maddi və ya mənəvi ziyan çəkmiş vətəndaşlarımız isə birbaşa olaraq aidiyyəti orqanlara müraciət edə bilərlər".

O.M.