Ermənilər gecə Azərbaycanı atəşə tutub

Ermənilər gecə Azərbaycanı atəşə tutub

23 İyul 2013 10:05
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Yusifcanlı, Cəbrayıl rayonunun Mehdili, Füzuli rayonunun Qorqan və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.