
İstirahət günləri Azərbaycanda 9 nəfər suda boğulub
Azərbaycanda iki gündə 9 nəfər suda boğularaq ölüb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rusiya Federasiyası vətəndaşı İnna Lukyaçenko, Bakı şəhər sakinləri İslam Bəşirov, Fərid Əfəndiyev, Talıb Əlləmov, Fərid Quliyev, Nurlan Məmmədov dənizdə çimərkən boğularaq ölüblər. Bundan başqa, Namiq Həsənovun Abşeron-Samur su kanalında, Abşeron rayon sakini Mehi Məmmədova Baş Mil su kanalında, Goranboy rayonu Zeyvə kənd sakini Ömər Musayev isə göldə çimərkən boğulublar.
Digər xəbərlər