Bakıda liftin şaxtasına yıxılan azyaşlı uşaq sağ qalıb

Bakıda liftin şaxtasına yıxılan azyaşlı uşaq sağ qalıb

22 İyul 2013 14:21
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda liftin şaxtasına yıxılan azyaşlı uşaq sağ qalıb. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə iyulun 20-də qeydə alınıb.Rayon sakini Aysel Məhərrəmovanın evinə qonaq gələn bacısı oğlu, İmişli rayon sakini, azyaşlı Osman Abbasov binanın 4-cü mərtəbəsindən liftin şaxtasına yıxılıb. O.Abbasov xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.