TQDK: “I qrupun müsabiqə şərtlərinə dəyişiklik nəticələr bəlli olduqdan sonra edilə bilər”

TQDK: “I qrupun müsabiqə şərtlərinə dəyişiklik nəticələr bəlli olduqdan sonra edilə bilər”

22 İyul 2013 14:18
Bəyəndim (0) Bəyənmədim (0)

"I ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələrinin iyulun 23-də və ya 24-də elan olunması nəzərdə tutulur". TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, I qrup üzrə müsabiqə şərtlərinə hər hansı dəyişiklik imtahan nəticələri bəlli olduqdan sonra edilə bilər: "Abituriyentlərin nəzərinə çatdırırıq ki, hazırki müsabiqə şərtlərinə əsasən, ixtisas seçiminə ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayanların buraxılması nəzərdə tutulur. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur".