Dünən keçirilən qəbul imtahanı zamanı 10 nəfər təcili tibbi yardıma müraciət edib
Ötən gün Bakıda ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə keçirilən I ixtisas qrupu üzrə qəbul imtahanı zamanı 10 nəfər təcili tibbi yardıma müraciət edib.Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev deyib. O bildirib ki, həkimə müraciət edənlərdən 7 nəfər abituriyent, 2 nəfər valideyn, 1 nəfər isə gözətçi olub: "Müraciətlər əsasən nevrotik reaksiyalar, stress, həyəcanla bağlı olub. Bu məsələ abituriyentlərin imtahan prosesinə ciddi ziyan törətməyib. Onlara ilkin yardım göstərilib və abituriyentlər imtahan zalına qayıdaraq işlərinə davam ediblər".
Digər xəbərlər









































.jpg)
.jpg)
.jpg)
















































