
Məhkumlar qiyama qalxıb
Bu gün Qaradağ rayonunda yerləşən 12 saylı Cəzaçəkmə Müəssisəsində məhkumluq həyatı yaşayan şəxslər qiyam qaldırıb.
Oxumeni.az-ın AzNews.az-a istinadən verdiyi məlumata görə, hazırda qiyama qalxan məhkumlarla danışıqlar aparılır və hadisənin böyümədən yatırdılması istənilir.Əməkdaşımız bildirir ki, bu dəqiqələrdə 12 saylı Cəzaçəkmə Müəssisəsinin qarşısında Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə məxsus "voronoklar" var. Həmçinin, həbsxananın qarşısına xeyli sayda əli avtomatlı əsgərlər də cəlb edilib.Əməkdaşımızın əldə etdiyi məlumata görə, həbsxanadakı qiyamın böyüməsi ehtimalını nəzərə alaraq müəssisəyə yeni dəstək qüvvələri göndərilir.Penitensiar Xidmətin informasiya şöbəsinin rəhbəri Mehman Sadıqov məsələ ilə bağlı açıqlamasında qiyam xəbərini təsdiqləməsə də, 12 saylı Cəzaçəkmə Müəssisəsinə xüsusi konvoyların göndərildiyini bildirib. O, bunun məhkumların Müalicə Müəssisəsinə köçürülməsi ilə bağlı olduğunu deyib.Daxil olan məlumatda isə israr edilir ki, həbsxanada baş verən həqiqətən də qiyamdır. Məhkumlar həbsxanadakı şəraitə etiraz olaraq bu yola baş vurublar. Qeyd edək ki, əməkdaşımızın bildirdiyinə görə, hazırda hələ də məhkumlarla danışıq aparılır.
O.M.