
Sabah 38 dərəcə isti olacaq
Hava proqnozu
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti iyulun 21-də gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan evrilən məlumata görə, iyulun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Temperatur gecə 20-25 dərəcə, gündüz 29-34 dərəcə isti olacaq.Azərbaycanın rayonlarına hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Temperatur Aran rayonlarında gecə 20-25 dərəcə, gündüz 33-38, dağlarda gecə 12-17 dərəcə, gündüz 22-27 dərəcə isti olacaq.
O.M.
Digər xəbərlər