Masallıda turist ağacdan asılı qaldı

Masallıda turist ağacdan asılı qaldı

20 İyul 2013 11:41
Bəyəndim (0) Bəyənmədim (0)

Masallı rayonunda istirahət mərkəzinə gələn turist dərənin dibində ağacdan asılı vəziyyətdə qalıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çağrılıb. Oxumeni.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, xilasedicilər turisti xilas ediblər. Qeyd edək ki, istirahət edən vətəndaş dağlıq əraziyə qalxarkən ayağı büdrəyib və o, yuvarlanaraq dərənin dibindəki ağaca ilişib.

O.M.