Ötən gün dənizdə batan 18 yaşlı oğlanın meyiti tapılıb

Ötən gün dənizdə batan 18 yaşlı oğlanın meyiti tapılıb

20 İyul 2013 10:21
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün dənizdə batan 18 yaşlı oğlanın meyiti tapılıb. Oxumeni.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 19 iyul 2013-cü il tarixində Xəzər rayonu, Türkan qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 7 km məsafədə, nəzarətsiz ərazidə) batmış 1995-ci il təvəllüdlü Quliyev Fərid Şakir oğlunun axtarışları başa çatıb. F. Quliyevin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 50 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 07:20-də başa çatıb.

O.M.