Əsgərlər “Azərbaycan” və “Gəncə” sözlərinə görə cərimələndi

Əsgərlər “Azərbaycan” və “Gəncə” sözlərinə görə cərimələndi

20 İyul 2013 10:10
Bəyəndim (0) Bəyənmədim (0)

Yekaterinburq qarnizon hərbi məhkəməsi əsgər yoldaşlarının kürəklərində "Dağıstan" və "Azərbaycan" sözlərini yazmış ehtiyatda olan sıravi əsgərlər Teymur Məmmədov və Elbrus Musayevin barəsində qərar çıxarıb.Oxumeni.az AZE.az-a istinadən xəbər verir ki, hərbi məhkəmə keçmiş hərbçiləri cərimələyib.İstintaqın məlumatlarına görə, 2012-ci il 10 avqust tarixində sıravi Teymur Məmmədov və Elbrus Musayev "öz əsgər yoldaşlarının Qafqazdan olanların qarşısında acizliyi və mütiliyini vurğulamaq istəyərək" onları yuxudan qaldırıb və 16 hərbi qulluqçunu sıradan seçərək, kürəklərində üz qırxmaq üçün köpüklə müxtəlif yazılar yazıblar. Onlar əsgər yoldaşlarının kürəklərində "Dağıstan", "Azərbaycan", "Gəncə", "Quba" sözlərini yazıblar. Baş verənlər mobil telefonların kamerasına çəkilib.
Hərbi qulluqçular nifrət və düşmənçiliyə təhrik etmə, insan ləyaqətini alçaltmaqda ittiham olunublar. Bundan başqa, M.Teymur tabelik münasibətlərinin olmadığı hərbi qulluqçular arasında intizam üzrə davranış qaydalarını pozmaqda günahlandırılıb.Mühakimə olunanların günahlarını tam etiraf etmələri, zərərçəkmişlər qarşısında üzr istəmələrini nəzərə alaraq, Yekaterinburq qarnizon hərbi məhkəməsi onları müvafiq olaraq 102 min və 100 min rubl cərimələyib (3 min dollar).

O.M.