Üç cavanı sular "uddu"

Üç cavanı sular "uddu"

19 İyul 2013 13:08
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda üç nəfər suda boğulub. Oxumeni.az-ın DİN-ə istinadən verdiyi məlumata görə, hadisə Novxanı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini Rəşad Kərimov dənizdə çimərkən boğularaq ölüb.Digər hadisə isə İsmayıllı rayonunda qeydə alınıb. Kəlbəcər rayon sakinləri Hakim Mustafayev və Bəxtiyar Abdullayev rayonun Gəraybəyli kəndi ərazisində Girdiman çayında çimərkən boğularaq ölüblər.Hər üç faktla bağlı araşdırma aparılır.

O.M.