
Azərbaycanda hakimlərin seçimi keçirilir
Azərbaycanda hakimliyə namizədlərlə yekun müsahibə keçirilib
Məhkəmə Hüquq Şurasından APA-ya verilən məlumata görə, test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək 1 il müddətində davam edən tədris kursunu, o cümlədən məhkəmələrdə stajkeçməni uğurla başa vurmuş hakimliyə namizədlərlə yekun müsahibə keçirilib.
Namizədlərin hakim işləmək üçün zəruri olan keyfiyyətlərə yiyələnməsini müəyyən etmək məqsədilə keçirilən müsahibələrdə beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarından olan çoxsaylı müşahidəçilər iştirak ediblər. Müsahibənin nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən qiymətləndirilib və bütün hakimliyə namizədlər hakim vəzifəsinə təyin olunmağa layiq biliniblər.
O.M.
Digər xəbərlər