Yağış yağacaq, güclü külək əsəcək

Yağış yağacaq, güclü külək əsəcək

19 İyul 2013 12:45
Bəyəndim (0) Bəyənmədim (0)
Abşeron çimərliklərində temperatur 26-27 dərəcə isti təşkil edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti iyulun 20-də gözlənilən hava proqnozunu açıqlayıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, iyulun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək. Temperatur gecə 20-24 dərəcə, gündüz 28-33 dərəcə isti olacaq. Abşeron çimərliklərində temperatur 26-27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 20-də gecə və səhər bəzi şərq rayonlarında qısa müddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Temperatur Aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 31-36, dağlarda gecə 12-17 dərəcə, gündüz 22-27 dərəcə isti olacaq.
İyulun 21-dək respublikanın əksər rayonlarda temperatur rejimi norma daxilində olacaq. Havanın maksimal temperaturunun Mərkəzi Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında gündüz 32-36 dərəcə olması torpaqda məhsuldar rütubət ehtiyatının azalmasına səbəb olacaq, isti və quru hava şəraiti bir çox rayonlarda çoxillik otların boy atması üçün əlverişlidir. Lakin kənd təsərrüfatı bitkilərinin tez-tez suvarmaya ehtiyacı artacaq.

O.M.