
"Mercedes" divara çırpıldı - sürücü öldü
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, iyulun 18-i saat 04:20 radələrində Y.Hüseynov küçəsində Naftalan şəhər sakini Elman Bayramov idarə etdiyi "Mercedes" markalı avtomaşının idarəetməsini itirərək yol kənarındakı divara vurub. Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerində ölüb.
O.M.
Digər xəbərlər