
Bakıda sərnişin avtobusunu qaçırmağa cəhd edən şəxs tutulub
Bakıda sərnişin avtobusunun qaçırmağa cəhd edən şəxs tutulub.
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, iyulun 16-a keçən gecə V. Vəliyev küçəsində Qaçay Vəliyevə məxsus "Daewoo" markalı avtomaşından oğurluğa və M. Qafarov küçəsində Məsud Ağaverdiyevin idarə etdiyi "Daewoo" markalı avtobusu qaçırmağa cəhd edən Bakı şəhər sakini Nicat Bağırov iyulun 18-də Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub. Ondan 0,160 qram heroin aşkar olunaraq götürülüb.
O.M.
Digər xəbərlər