700 bal toplayan Məhəmməd İsmayılov: "Təbriklərdən telefonumun batareyası tab gətirmir"

700 bal toplayan Məhəmməd İsmayılov: "Təbriklərdən telefonumun batareyası tab gətirmir"

18 İyul 2013 09:48
Bəyəndim (0) Bəyənmədim (0)

Ali məktəblərə imtahan verən və tələbə adını qazanan abituriyentlərin də siyahısı artıq məlum olur. Artıq III-cü ixtisas qrupu üzrə nəticələr açıqlanıb. Şagirdlərdən 4-ü ən yüksək 700 bal toplayıb. Biz isə həmin yuxarı nəticə göstərən şagirdlərdən birindən söhbət açacağıq. O, Bakıdakı 258 saylı orta məktəbin şagirdi Məhəmməd İsmayılovdur.
Tanıdığı bildiyi hamı indi Məhəmmədi təbrik edir. 700 ballıq nəticə açıqlannandan heç yatmağa da imkan tapmayıb. Hətta təbriklərə telefonunun batareyası da tab gətirmir. Amma özü üçün bu nəticə gözlənilməz olmayıb. Sınaq imtahanlarında yüksək bal toplayan Məhəmməd maksimal nəticə göstərəcəyinə əmin olduğunu söyləyir. İndi onun üzünə ölkədəki bütün universitelərin qapıları açıq olsa da, o ya Bakı Dövlət Universiteti ya da İdarəçiklik Akademiyasında Hüquq təhsilini seçməyi planlaşdırırır. Xaricdə oxumaq da könlündən keçir.
700 bal toplayan, Məhəmməd İsmayılov: "Eşitmişəmki 700 bal yığanlara xaricdə oxumaq təklifləri gəlir. Hələki mənə bu təklif gəlməyib. Amma gəlsə dövlət hesabına fikirləşərəm".
Məhəmmədin sinif yoldaşları arasında da yüksək bal toplayanlar var. Məsələn Ələkbər 623 bal yığıb. Sinif rəhbərləri Zəkiyyə xanım deyir ki, bu cür yüksək nəticə göstərmək üçün şagirdlərin orta məktəbin aşağı siniflərindən oxumaları lazımdır.
Sinif rəhbəri, Zəkiyyə Abdullayeva: "Məhəmməd birinci sinifdən, on birinci sinifə qədər çox yaxşı oxuyub. Təkcə humanitar fənnləri yox bütün fənləri yaxşı oxuyub".
III-cü qrup üzrə qəbul imtahanlarında 495 nəfər 600-dan yuxarı bal toplayıb. 4 nəfər isə maksimal nəticə 700 bal toplayıb. Ümumilikdə III-cü qrup imthanlarından keçən 10 mindən artıq abituriyent avqustun 6-dan, 15-dək ixtisas seçimi edəcək. Məhəmməd isə ixtisas seçiminə qədər sinif yoldaşları ilə birlikdə yaxşıca dincəlməyi planlaşdırır.

O.M.