Sabah Azərbaycan paytaxtında güclü şimal küləyi əsəcək

Sabah Azərbaycan paytaxtında güclü şimal küləyi əsəcək

17 İyul 2013 12:42
555
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 18-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu, yağmursuz hava şəraiti proqnozlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən xəbərə görə, güclü şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-24, gündüz 34-39 dərəcə, Bakıda isə gecə 22-24, gündüz 36-38 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 27-28 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 19-24, gündüz 33-38, bəzi yerlərdə 40-42 dərəcə, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.

O.M.