Bakı-Quba yolunda iki yük maşını toqquşdu

Bakı-Quba yolunda iki yük maşını toqquşdu

17 İyul 2013 12:00
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gecə Siyəzən rayonu, Bakı-Quba yolunun 84 kilometrliyində vətəndaşa məxsus "SHAQMAN" markalı yük avtomobilinin digər vətəndaşa məxsus "KAMAZ" markalı yük avtomobili ilə toqquşması nəticəsində yol qəza hadisəsi baş verib.Oxumeni.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə avtomobildə sıxılmış vəziyyətdə qalmış "SHAQMAN" markalı yük avtomobilinin sürücüsü bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq təcili tibbi yardım xidmətinə təhvil verilib.Əməliyyat saat 04:20-də başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat

aparılır.

O.M.