Bakıda havanın hərarəti iqlim normasından 3,2 dərəcə yüksək olub

Bakıda havanın hərarəti iqlim normasından 3,2 dərəcə yüksək olub

17 İyul 2013 12:00
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün və sabah da havanın hərarətinin iqlim normasından yüksək olacağı proqnozlaşdırılır

Dünən Bakıda və Abşeron yarımadasında havanın hərarəti iqlim normasından yüksək olub.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 16-da Bakıda və Abşeron yarımadasında havanın hərarəti iqlim normasından 3,2 dərəcə yüksək olub.İyulun 16-da Bakıda maksimal temperatur 36,1 dərəcə olub. Bu gün və sabah da havanın hərarətinin iqlim normasından yüksək olacağı proqnozlaşdırılır. Anomal isti hava şəraiti iyulun 19-dək davam edəcək. İyulun 19-dək Bakıda və Abşeron yarımadasında gözlənilən anomal isti hava şəraiti insanlar üçün əlverişsizdir. Gündüz saatlarında gün altında olmaq məsləhət deyil. İyulun 19-dan etibarən havanın temperaturu nisbətən aşağı düşəcək.

O.M.