III qrup üzrə 495 nəfər 600-dən yuxarı bal toplayıb

III qrup üzrə 495 nəfər 600-dən yuxarı bal toplayıb

17 İyul 2013 11:57
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 14-də keçirilən III ixtisas qrupunun imtahanında xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin 495 nəfəri 600-dən yuxarı bal toplayıb. Bunu TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, imtahanın nəticələrinə əsasən, 1879 abituriyent 500-dən yuxarı bal toplayıb. İmtahan zamanı 400-dən yuxarı bal toplayanların sayı 4492 nəfər, 300-dən yuxarı bal toplayanların sayı 8063 nəfər, 250-300 bal toplayanların sayı isə 2090 nəfər olub.

Qeyd edək ki, III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri dünən açıqlanıb. İmtahanda iştirak etmək üçün sənəd verən 28944 abituriyentdən 1125 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 27819 abituriyentdən 25 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. İmtahanda 10153 abituriyent müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb.

O.M.