
Qəbul imtahanından 700 bal toplayan qız
Maksimum nəticə göstərən 4 nəfərdən birinin kimliyi müəyyən olunub
Nərmin Murğuzova Tovuzun Bozalqanlı kəndindəndir.Xəbər verdiyimiz kimi, iyulun 14-də III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının nəticələri artıq bəllidir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) açıqladığı rəsmi məlumata əsasən, bu il III ixtisas qrupu üzrə qəbul imtahanlarında 4 abituriyent maksimal nəticə əldə edərək 700 bal toplayıb.Oxumeni.az xəbər verir ki, rekord nəticəyə imza atan abituriyenlərdən birinin kimliyini müəyyən edilib. Belə ki, 700 bal toplayan abituriyentlərdən biri Tovuz rayon, Bozalqanlı kənd orta məktəbinin məzunu Nərmin Murğuzovadır.
O.M.
Digər xəbərlər