Nicat Dağlar yenidən Gürcüstana aparıldı

Nicat Dağlar yenidən Gürcüstana aparıldı

16 İyul 2013 14:01
Bəyəndim (0) Bəyənmədim (0)

Tanınmış jurnalist Nicat Dağlar yenidən Gürcüstana aparılıb. Bu barədə Lent.az-ın jurnalistin həyat yoldaşı Ülviyyə Hüseynova məlumat verib. Onun sözlərinə görə, N. Dağlar Gürcüstanda növbəti müalicə kursunu qəbul edəcək: "Ötən həftə Nicat leykoz xəstəliyinin qarşısını alan xüsusi dərman preparatının birincisini qəbul edib. İndi isə ikinci dərmanı qəbul edəcək. İnşallah, iyulun 20-də Bakıya dönəcəyik. Oradan da Nicatı birbaşa Almaniyaya aparacağıq".

Qeyd edək ki,"telegraf.az" saytının redaktoru Nicat Dağlar leykoz xəstəliyindən əziyyət çəkir. İki uşaq atası olan Nicatın müalicəsi Almaniyadakı klinikaların birində aparılacaq. Dövlət başçısının tapşırığı ilə N. Dağların bütün xərcləri dövlət hesabına aparılacaq.

O.M.