DİQQƏT: Temperatur 42 dərəcəyə çatacaq

DİQQƏT: Temperatur 42 dərəcəyə çatacaq

16 İyul 2013 12:34
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən Bakıda və Abşeron yarımadasında havanın iqlim 3, 4 dərəcə yüksək olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti iyulun 17-də gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Oxumeni.az-a verilən məlumata görə, iyulun 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal küləyi əsəcək, səhər və gündüz arabir güclənəcək. Temperatur gecə 20-25 dərəcə, gündüz 33-38 dərəcə, bəzi yerlərdə 40 dərəcəyədək isti olacaq. Abşeron çimərliklərində temperatur 26-29 dərəcə olacaq.

Azərbaycanın rayonlarına gəlincə, iyulun 17-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yüksək dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli az yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Temperatur Aran rayonlarında gecə 20-25, gündüz 35-40 dərəcə, bəzi yerlərəd 42 dərəcə, dağlarda gecə 13-18 dərəcə, gündüz 25-30, bəzi yerlərdə isə 32 dərəcəyədək isti olacaq.

O.M.