Bəyanat: SOCAR-a pulla işə düzəlmək olmur

Bəyanat: SOCAR-a pulla işə düzəlmək olmur

16 İyul 2013 12:11
Bəyəndim (0) Bəyənmədim (0)

"Bu hadisəni post edirik ki, hamı oxusun və heç kim belə dələduzlara inanmasın".Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşı N.Əhmədov vətəndaşdan pul alaraq onu işə düzəldəcəyinə söz verib.

Oxumeni.az SOCAR-ın Facebook-da rəsmi səhifəsinə istinadən xəbər verir ki, şirkət bununla bağlı bəyanat yerləşdirib:"Aydın məsələdir ki, onu işə düzəldməyib, heç düzəldə də bilməzdi, heç fikri də olmayıb. Vaxt keçdikdən sonra vətəndaş işlə bağlı maraqlananda ona yalandan işin düzəlir deyir və nə ağılnansa binaya buraxılış üçün saxta vərəqə verir. Vətəndaş da həmin buraxılışla SOCAR-ın əsas binasına "işə gələn" zaman təhlükəsizlik işçiləri tərəfindən saxlanılır. Sorğu zamanı hadisəni olduğu kimi danışır.Bu hadisəni post edirik ki, hamı oxusun və heç kim belə dələduzlara inanmasın. SOCAR-da pulla işə düzəlmək olmur. Xahiş edirik paylaşın" .

Hal-hazırda müvafiq hüquq mühafizə orqanları məsələ ilə bağlı araşdırmalar aparır.

O.M.