
21 yaşlı oğlan kanalda boğulub
Biləsuvar rayon sakini suda batıb. Bu barədə Biləsuvar Rayon Polis Şöbəsinin növbətçi hissəsindən məlumat verilib. Məlumata görə, rayonun Əmənəbad kənd sakini, 1992-ci il təvəllüdlü Nadir Adil oğlu İsayev iyulun 15-də rayonun Səmədabad kəndində nəzarət olunmayan suvarma kanalında çimərkən boğulub. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hazırda N. İsayevin meyitinin kanaldan tapılaraq çıxarılması istiqamətində tədbirləri davam etdirirlər.
O.M.
Digər xəbərlər